Saatlıdakı intensiv “Göycə” bağından xaricə 20 ton alça ixrac olunub
26.05.2025 [16:46]
Xəbərin mətni
Saatlı rayonunda salınan intensiv “Göycə” alçası bağında məhsul yığımı davam edir. Belə bağın Mil-Muğan bölgəsində salınması bir ilkdir. Bağın məhsulu daxili bazarla yanaşı, xaricə də satılır. Bu günə kimi bağdan 50 tona yaxın məhsul toplanılıb ki, onun da 20 tonu ixrac edilib.