Azərbaycan islamofobiya ilə mübarizəyə töhfələr verir
26.05.2025 [17:54]
Xəbərin mətni
Son illərdə dünyada islamofobiya meyillərinin artması müşahidə olunur.İslamın potensial təhlükə mənbəyi kimi aşılandığının, müsəlmanlara qarşı şübhə, ayrı-seçkilik və açıq nifrətin gündən-günə daha geniş yayıldığının şahidi oluruq. Bu gün bəzi Avropa ölkələrində islamofobiya qərəzli qanunvericilik aktları və siyasi ritorikadan tutmuş, müsəlmanlara qarşı gündəlik ayrı-seçkilik və hücumlara qədər müxtəlif formalarda özünü göstərir.