Esma Uçan: Müsəlman qadınlar səhiyyə sahəsinə mühüm töhfələr verirlər
26.05.2025 [21:30]
Xəbərin mətni
Dinlərarası dialoq simvolik xarakter daşımamalıdır. Qadınlar bu prosesdə xüsusi rol oynamalıdır. Bunu Belçika Müsəlmanlar Şurasının prezidenti Esma Uçan mayın 26-da Bakıda keçirilən “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda beynəlxalq konfrans çərçivəsində təşkil olunan “Qadınlar, kimlik və stereotiplər: Din və mədəni önyarğıların kəsişməsində naviqasiya” panel sessiyasında çıxışı zamanı deyib.