Azərbaycanın Müstəqillik Günü Varşavada qeyd olunub
26.05.2025 [22:09]
Xəbərin mətni
Azərbaycanın Müstəqillik Gününün 107-ci ildönümü münasibətilə ölkəmizin Polşadakı səfirliyi tərəfindən Varşavada məşhur Bristol mehmanxanasında rəsmi qəbul keçirilib. Tədbir məkanının ilk sahibinin Paris Sülh Konfransında Azərbaycan diplomatları ilə görüşən Polşa nümayəndə heyətinin rəhbəri İqnasi Yan Paderevskinin olması rəsmi qəbulun təqdimatı baxımından rəmzi mahiyyət daşıyıb.