FHN ticarət müəssisələrinin yanğın təhlükəsizliyi ilə əlaqədar müraciət edib
27.05.2025 [10:53]
Xəbərin mətni
Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə, habelə həyata keçirilən müntəzəm nəzarət tədbirlərinə baxmayaraq, təəssüflə qeyd edilməlidir ki, bir sıra hallarda ticarət müəssisələrində yanğın təhlükəsizliyi qaydalarının pozulması hallarına yenə də rast gəlinir. Unutmaq olmaz ki, bu kimi hallar yanğınlara səbəb ola və nəticədə insan həyatı və sağlamlığı üçün təhlükə törədə, dövlət və şəxsi əmlaka ziyan vura bilər.