Azərbaycan Dövlət İnformasiya Agentliyi

Keçmiş məcburi köçkün: Biz hamımız bu xoş günün gələcəyinə ümid edirdik

27.05.2025 [11:02]

Xəbərin mətni

Bu gün çox sevincli və qürurlu günlərdən biridir. Doğma el-obama - Ağdam rayonuna qayıdıram. Bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq. Biz hamımız bu xoş günün gələcəyinə ümid edirdik. Bu günləri bizə yaşadan Ali Baş Komandan İlham Əliyevə, rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə öz minnətdarlığımı bildirirəm. Qəhrəman şəhidlərimizə Allahdan rəhmət, məğrur qazilərimizə isə şəfa diləyirəm. Bu sözləri müsahibəsində keçmiş məcburi köçkün Qara Səmədov söyləyib.