Biləsuvarda narkokuryerdən 10 kiloqram narkotik vasitə və həblər götürülüb
27.05.2025 [13:15]
Xəbərin mətni
Biləsuvar polisi narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirib və 38 yaşlı Elnur Məmmədovu saxlayıb. DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, ondan, ümumilikdə, 10 kiloqram tiryək və marixuana, həmçinin 855 ədəd narkotik və psixotrop tərkibli müxtəlif adlarda həblər aşkarlanıb.