Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qeyri-neft sektorundan büdcə daxilolmaları nə qədərdir?

27.05.2025 [18:10]

Bu ilin yanvar-aprel aylarında Azərbaycanın qeyri-neft ixracının dəyəri 1 milyard 68,6 milyon dollar təşkil edib. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 16 faiz çoxdur. Milli Məclisin deputatı Vüqar Bayramovun sözlərinə görə dünya bazarında neftin qiymətinin enməsi fonunda qeyri-neft sektoru gəlirlərinin artması büdcə gəlirlərini tənzimləyir.