Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyev “PIRSHAGHI” ayaqqabı fabrikinin Laçın filialının açılışında iştirak edib

27.05.2025 [18:20]

Xəbərin mətni

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də “PIRSHAGHI” ayaqqabı fabrikinin Laçın filialının açılışında iştirak edib. AZƏRTAC xəbər verir ki, “Laçın Aqro-Sənaye Parkı”nda işə başlayan müəssisələrdən biri də “PIRSHAGHI” ayaqqabı fabrikinin Laçın filialıdır. Ümumi dəyəri 367,9 min manat olan müəssisədə əsasən Laçın sakinləri olmaqla 15 nəfər işlə təmin ediləcək. Müəssisə kişi, qadın və uşaqlar üçün ayda 1500 cüt ayaqqabı istehsal etmək gücündədir. Müasir avadanlıqlarla təchiz olunmuş fabrikdə idman və klassik üslubda ayaqqabılar istehsal ediləcək.

BÖLMƏNİN DİGƏR VİDEOLARI