Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın Müstəqillik Günü İndoneziyada qeyd olunub

28.05.2025 [03:31]

Xəbərin mətni

Azərbaycanın İndoneziyadakı səfirliyi Cakartada 28 May-Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edib.
AZƏRTAC xəbər verir ki, tədbirdə İndoneziya Xalq Məşvərət Məclisinin (parlament) sədr müavini Hidayət Nur Vahid, digər dövlət və hökumət rəsmiləri, ictimai-siyasi, işgüzar, elmi, mədəni dairələrin nümayəndələri, Cakartadakı diplomatik missiyaların rəhbərləri, beynəlxalq təşkilatların təmsilçiləri, Azərbaycan diasporunun fəalları iştirak ediblər.

BÖLMƏNİN DİGƏR VİDEOLARI