Almaniyada 28 May – Müstəqillik Günü təntənəli şəkildə qeyd olunub
29.05.2025 [22:18]
Xəbərin mətni
28 May – Müstəqillik Günü münasibətilə Azərbaycanın Almaniyadakı səfirliyi tərəfindən mayın 28-də Berlində rəsmi qəbul təşkil olunub. Qəbul, həmçinin Azərbaycanın “Konstitusiya və Suverenlik İli”nə həsr olunub. AZƏRTAC xəbər verir ki, Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən təntənəli tədbirdə 400-dən çox qonaq, o cümlədən Almaniyanın bir sıra dövlət qurumlarının yüksək vəzifəli nümayəndələri, Bundestaqın deputatları, xarici ölkələrin səfirləri, media nümayəndələri, elm və mədəniyyət xadimləri, eləcə də Almaniyada yaşayan Azərbaycan, türk və digər dost icmaların üzvləri iştirak ediblər.