Birinci Avropa Oyunlarının bağlanış mərasimindən AZƏRTAC-ın REPORTAJI
29.06.2015 [02:59]
Xəbərin mətni
Müstəqillik tariximizin ən əlamətdar hadisələrindən biri olan ilk Avropa Oyunlarının keçirildiyi 17 gün ərzində Azərbaycan, paytaxtımız Bakı dünyanın ən nüfuzlu kütləvi informasiya vasitələrinin baş xəbərinə çevrilib, planetin milyonlarla sakini bu tarixi hadisəyə şahidlik edib. İyunun 28-də Bakıda ilk Avropa Oyunlarının bağlanış mərasimi keçirildi.