Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bölgələrə turist axını müşahidə olunur

05.06.2025 [20:04]

Qurban bayramı ilə əlaqədar Azərbaycanda 4 günlük rəsmi tətil elan olunub. Bu fürsətdən yararlanan çox sayda vətəndaş bölgələrə – əsasən də istirahət mərkəzlərinə, dağ və dəniz turizm istiqamətlərinə üz tutub. Yerli turistlərlə yanaşı, ölkəmizə gələn xarici qonaqların da sayı artıb.