Dominik Ropyon: Ən məşhur ətirlərimdə Azərbaycan məhsullarından istifadə etmişəm
06.06.2025 [16:55]
Xəbərin mətni
İki həftə bundan əvvəl Azərbaycanda qızılgül və lavanda tarlalarında oldum. Azərbaycanda nəhəng qızılgül tarlası var.Orada ölkənin 2024-cü və 2025-ci illərdə hazırlanmış ətriyyat məhsulları ilə tanış oldum. Onların əsrarəngiz ətirləri var. Yaratdığım ətirlərdə Azərbaycan məhsullarından istifadə etmişəm. Bu sözləri bütün dünyada ən məşhur ətirlərin yaradıcısı, prefkesionist Dominik Ropyon “SİMPPAR” Beynəlxalq Ətriyyat Sərgisi çərçivəsində Azərbaycan stendini ziyarət edən zaman AZƏRTAC-a müsahibəsində deyib.