Oğuzda məktəblilərin skaut düşərgəsi maraqlı və yaddaqalan olub
08.06.2025 [13:26]
Xəbərin mətni
Elm və Təhsil Nazirliyi tərəfindən elan olunan Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VIII qrant müsabiqəsində qalib gələn maraqlı layihələrindən biri icra olunub. AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, "Fərdi layihələr" kateqoriyası üzrə qalib gəlmiş “Skaut dəstəsinin fəaliyyətinə resurs dəstəyi" layihəsinin Oğuz rayon Qarabaladır kənd ümumi orta məktəbində düşərgəsi təşkil edilib.