Rusiya Prezidentinin köməkçisi faktları təhrif etdi
10.06.2025 [17:38]
Xəbərin mətni
Rusiya Federasiyası Prezidentinin köməkçisi Vladimir Medinski ötən gün “Russia Today” kanalına müsahibəsi zamanı keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı faktları təhrif edən açıqlamalar verib. Medinski Qarabağı "mübahisəli ərazi" kimi təqdim edib. Rusiya Prezidentinin köməkçisinin bu yanaşması kökündən yanlışdır. Qarabağ heç vaxt mübahisə predmeti olmayıb. Digər tərəfdən Rusiya özü də Azərbaycanın ərazi bütövlüyünü tanıyıb.