“Gənclik Mall”un qarşısındakı çətinlik aradan qaldırılıb
10.06.2025 [17:53]
Xəbərin mətni
Bakı şəhəri Nərimanov rayonu ərazisində - Fətəli Xan Xoyski küçəsində daha bir yenilik edilib. “Gənclik Mall”un qarşısında taksiyə minib-düşmə üçün xüsusi ərazi təşkil olunub. Qeyd edək ki, məntəqə “Gənclik Mall”un ikinci girişində, parklanma bölgəsində yerləşir. Taksilər bu ərazidə 3 dəqiqə ərzində dayana, sərnişinləri mindirə və düşürdə biləcək.