Azərbaycan Dövlət İnformasiya Agentliyi

Elnur Bağırlı: Müxtəlif ölkələrdə Qərbi Azərbaycan həqiqətləri ilə bağlı 200-dən artıq məqalə nəşr olunub

11.06.2025 [14:14]

Xəbərin mətni

2023-cü ildən başlayaraq Qərbi Azərbaycan mövzusu Agentlik üçün prioritet mövzu olub. Qərbi azərbaycanlıların Qayıdış Konsepsiyasının icrasına ictimai dəstəyin verilməsinə dair qrant müsabiqəsi çərçivəsində 2023-2024-cü illərdə 2 forum, 6 elmi-praktiki və 2 beynəlxalq konfrans keçirilib. Bundan əlavə, Qərbi Azərbaycanla bağlı 37 müxtəlif görüş, təqdimat və müzakirələr, həmçinin 2 fotosərgi təşkil olunub. Bu sözləri QHT-lərə Dövlət Dəstəyi Agentliyinin departament müdiri Elnur Bağırlı Agentliyin "Qərbi Azərbaycana qayıdış" istiqaməti üzrə icra edilən layihələrə dair brifinqi zamanı söyləyib.