Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qəbələnin lavanda tarlası turizm məkanına çevrilir

11.06.2025 [15:31]

Xəbərin mətni

Turizm sektoru Qəbələ rayonunda iqtisadiyyatın ən əlverişli sahəsi sayılır. Artıq bir neçə ildir ki, rayonda tarixi-memarlıq abidələri ilə yanaşı, Çuxuryurd ərazisində salınan lavanda sahəsinə də turlar təşkil edilir, bu əsrarəngiz gözəllik yerli və xarici turistlərə nümayiş olunur.