Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qırğızıstan rəsmisi: Qadınların inkişafı və sosial siyasətdə inklüziv yanaşmalar prioritet hədəflərimizdəndir

12.06.2025 [15:46]

Xəbərin mətni

Qadınların inkişafı və sosial siyasətdə inklüziv yanaşmalar prioritet hədəflərimizdəndir. Qadınların müasir cəmiyyətlərdə inkişafı və gender bərabərliyi istiqamətində son dövrlərdə mühüm addımlar atılır. Bu sahədə həyata keçirilən siyasət yalnız qadınların deyil, bütövlükdə cəmiyyətin rifahını hədəfləyir. Bu fikirləri Qırğızıstanın əmək, sosial təminat və miqrasiya nazirinin müavini Kıyal Januzakova Türk Dövlətləri Təşkilatının (TDT) Ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazir və qurum rəhbərlərinin ikinci iclası çərçivəsində keçirilən nazirlərin görüşündə söyləyib.