Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Cavabları görəndə təəccübləndim, bir az da özümlə fəxr etdim” – ölkə birincisi olan Ucar məktəblisi

12.06.2025 [17:47]

Xəbərin mətni

Ucar şəhər 2 nömrəli tam orta məktəbin şagirdi Fuad üçün imtahan nəticələri həm uğurlu, həm də fərqli olub. O, buraxılış imtahanında mümkün 300 baldan 282.3 bal toplayaraq rayon üzrə 4-cü, II ixtisas qrupu üzrə qəbul imtahanında isə mümkün 400 baldan 391.7 bal toplayaraq ölkə üzrə 1-ci yeri əldə edib. Beləliklə, Fuad Cənnətov ümumilikdə 674 balla ali məktəbə qəbul üçün ixtisas seçimi mərhələsinə buraxılıb.