Teymur Musayev: Azərbaycanda onkoloji xəstəliklərin statistik göstəriciləri müsbət dinamikadan xəbər verir
13.06.2025 [16:17]
Xəbərin mətni
Qlobal səviyyədə əhalinin yaşlanması, ətraf mühit amilləri, müxtəlif həyat tərzi nəticəsində xərçəng xəstəliyinin dinamikasında artım müşahidə olunur. Bunu Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev Türkdilli Dövlətlər Birliyi Onkoloqlarının Birinci Konqresində çıxışı zamanı deyib.