Beş türkdilli dövlət onkologiya sahəsində qarşılıqlı elmi əməkdaşlıq haqqında memorandum imzalayıb
13.06.2025 [16:19]
Xəbərin mətni
Türkdilli Dövlətlər Birliyi Onkoloqlarının Birinci Konqresinin açılış mərasimindən sonra beş ölkə arasında onkologiya sahəsində qarşılıqlı elmi əməkdaşlıq haqqında memorandum imzalanıb. Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın imzaladığı memorandumda onkoloqların təcrübə mübadiləsi, elmi praktik fəaliyyətin birlikdə davam etdirilməsi, elmi işlərin bir yerdə aparılması nəzərdə tutulub. Bunu jurnalistlərə açıqlamasında Milli Onkologiya Mərkəzinin baş həkimi, Səhiyyə Nazirliyinin baş onkoloqu Azad Kərimli deyib.