İsraillə İran arasında gərginlik artdı
13.06.2025 [16:40]
Xəbərin mətni
İsrail və İran arasında gərginlik artır. İranın rəsmi xəbər agentliyi İRNA-nın yaydığı məlumata görə İsrail gecə saatlarında İran ərazisinə hücum edib. Rəsmi Tehran İsrailin hücumlarını Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 4-cü maddəsinin 2-ci bəndinin pozulması və İran İslam Respublikasına qarşı açıq təcavüz kimi qiymətləndirib. İsrail tərəfinin yaydığı açıqlamada isə “Yüksələn Aslan” əməliyyatının İranın nüvə proqramına yönəldiyi bəyan edilib.