Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kimlərin müavinət və təqaüdləri artırıldı?

13.06.2025 [18:33]

Xəbərin mətni

Prezident İlham Əliyevin müvafiq fərmanı ilə sosial müavinətlər və təqaüdlər artırıldı. Əvvəl icra olunan sosial paketlərdən fərqli olaraq 5-ci sosial islahat paketi daha çox insanı əhatə edir. Milli Məclisin deputatı Vüqar Bayramovun sözlərinə görə təxminən yarım milyon insan sosial müavinətlərə edilən artımlardan yararlana biləcək.