Elxan Nəcəfov: Gələn tədris ili üçün əsas strategiyamız şagird nailiyyətlərinin inkişafı ilə bağlı olacaq
14.06.2025 [17:07]
Xəbərin mətni
Bu gün məzunlarımıza baxanda qürur hissi keçiririk. Onların təhsil nəticələri, məktəblərimizin adına qazandırdıqları uğurlar bizi fərəhləndirir. Muxtar respublika üzrə qəbul imtahanlarının nəticələrinə əsaslanan müxtəlif təhlillər göstərir ki, istər 200, istərsə də 250 bal və daha yuxarı nəticələrdə ötən illə müqayisədə 20-30 faiz artım müşahidə olunur. Bu isə keyfiyyət göstəricisi baxımından ciddi irəliləyişdir. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov deyib.