Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qazaxa ilk dəfə sürətli qatarlarla sərnişindaşımaya başlanılıb

15.06.2025 [19:27]

Xəbərin mətni

İyunun 15-dən etibarən “Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı–Ağstafa–Bakı istiqamətində hərəkət edən sürətli qatarların marşrutunu Qazax stansiyasına qədər uzadıb.  Bakı–Qazax–Bakı marşrutu üzrə ilk dəfə İsveçrənin “Stadler Rail” şirkətinin istehsalı olan birmərtəbəli müasir qatarlar hərəkət edir. Sərnişinlər Bakıdan Qazaxa 2019-cu ilin dekabr ayınadək fəaliyyət göstərmiş qatarla 8 saat 25 dəqiqəyə çatdırılırdısa, artıq bu məsafə 5 saat 36 dəqiqəyə qət olunacaq.