17 İyun - Tibb işçilərinin peşə bayramıdır
17.06.2025 [12:57]
Xəbərin mətni
Hər peşənin öz məsuliyyəti var. Amma bu peşə – əllə toxunmadan da könülləri sağaltmağı bacarır. Səbrin, mərhəmətin, fədakarlığın və qəhrəmanlığın daşıyıcılarıdır onlar. Ağrını azaltmağı, qorxunu sakitləşdirməyi, yaşatmaq üçün yaşamağı seçənlərdir. Cəmiyyətin görünməyən, amma ən vacib dayaqları - tibb işçiləri.