Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ağdamda 35 min hektardan çox ərazi minalardan və partlamamış hərbi sursatlardan təmizlənib

17.06.2025 [17:50]

Xəbərin mətni

Ağdamın Sarıcalı kəndinin ərazisindəyik. Birinci mərhələdə Sarıcalı kəndinin ərazisi mina və partlamamış hərbi sursatlardan təmizlənib. İkinci mərhələdə Sarıcalı kəndi ətrafındakı kənd təsərrüfatı təyinatlı torpaqlar təmizlənəcək. Sarıcalı kəndi keçmiş təmas xəttinin olduğu ərazilərdəndir. Ərazi minalarla həddindən artıq çirkləndirilib. Bunu Ağdamda jurnalistlərə açıqlamasında Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.