Azərbaycan Dövlət İnformasiya Agentliyi

Cəlilabadda 9 yaşayış məntəqəsinin yolu yenidən qurulur

20.06.2025 [14:43]

Xəbərin mətni

Cəlilabad rayonunda Sərhədabad–Əliabad–Zəhmətabad–Soltankənd marşrutu üzrə avtomobil yollarının yenidən qurulmasına başlanılıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, layihə 7 mindən artıq əhalinin yaşadığı 9 yaşayış məntəqəsini əhatə edir.