Azərbaycan Dövlət İnformasiya Agentliyi

Səfir Kımqu Kanq: Laçının belə gözəl olduğunu heç təsəvvür etməzdim

20.06.2025 [20:00]

Xəbərin mətni

İlk dəfədir ki, Laçına gəlirəm. Bu yerlərin belə gözəl olduğunu heç təsəvvür etməzdim. Yüksək səviyyədə tikinti işlərinin getdiyinin şahidi oldum. Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında diplomatik korpus nümayəndələrinin işğaldan azad edilən Laçına səfəri zamanı Koreya Respublikasının ölkəmizdəki səfiri Kımqu Kanq söyləyib.