Azərbaycan Dövlət İnformasiya Agentliyi

Peter Mixalko: Qarabağda davam etməkdə olan bərpa-quruculuq işlərindən çox təsirləndik

21.06.2025 [15:43]

Xəbərin mətni

Şuşada olmaq çox gözəldir. Bura Azərbaycanın gözəl yerlərindən biridir. Ölkənin bütün ərazisində olduğu kimi, Qarabağa səfərimiz zamanı da bir çox gözəl yerlərin şahidi oluruq. Qarabağda davam etməkdə olan bərpa-quruculuq işlərindən çox təsirləndik. Bunu diplomatik korpus nümayəndələrinin işğaldan azad edilən Şuşaya səfəri zamanı Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko söyləyib.