“Astara” dövlət sərhədindən buraxılış məntəqəsində xarici vətəndaşların təxliyəsi davam etdirilir
22.06.2025 [20:54]
Xəbərin mətni
“Astara” dövlət sərhədindən buraxılış məntəqəsində təxliyə prosesi davam etdirilir. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu dəfə təxliyə olunanlar arasında Portuqaliya, Belçika, Cənubi Afrika, Çin, Türkiyə, İran, ABŞ və digər ölkələrin vətəndaşları yer alıb. Təxliyə prosesi əvvəlcədən müəyyən edilmiş sənəd və qayda tələblərinə uyğun şəkildə həyata keçirilib.