Azərbaycan Dövlət İnformasiya Agentliyi

Çindən gələn elektromobillərin sayı azalıb

23.06.2025 [17:32]

Xəbərin mətni

2025-ci ilin yanvar-aprel aylarında Çindən Azərbaycana 7 milyon 603 min dollar dəyərində 279 ədəd elektromobil ixrac olunub. Dövlət Statistika Komitəsinin məlumatına əsasən bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 4,3 dəfə, miqdar baxımından isə 3 dəfə azalma deməkdir. Elektromobillərə keçidin sürətləndiyi bir vaxtda bu azalmanın səbəbi nədir? Ekspertlər bu prosesə təsir edən bir neçə faktorun olduğunu deyir.