Naxçıvanda Dövlət Proqramı çərçivəsində səhiyyə sahəsində bir sıra önəmli layihələr icra olunub
24.06.2025 [10:57]
Xəbərin mətni
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində səhiyyə sahəsində bir sıra önəmli layihələr icra edilib. Bu layihələr regionda səhiyyə infrastrukturunun müasirləşdirilməsinə və əhalinin sağlamlıq imkanlarının genişləndirilməsinə mühüm töhfələr verib. Bu sözləri Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Tibbi Xidmətin Təşkili şöbəsinin müdiri Səmayə İbrahimova jurnalistlərə açıqlamasında deyib.