Yaşayış minumumunun artırılması sosial paketlərə təsir edəcək?
24.06.2025 [17:46]
“Yaşayış minimumu haqqında" qanuna edilən dəyişikliyə əsasən, tibb və təhsil müəssisələri ilə yanaşı, sosial sahəyə aid müəssisələrdə şəxslər üçün də yeni qida normaları təsdiq ediləcək. Minimum istehlak səbətinin sosial yardım paketlərinin formalaşmasındakı rolunu nəzərə alsaq, yaşayış minimumunun artırılması bu yardım paketlərinin də yüksəlməsinə səbəb ola bilərmi?