Şəhid ailələri Silahlı Qüvvələr Günü ərəfəsində Zəngilan və Cəbrayılda olublar
25.06.2025 [16:58]
Xəbərin mətni
Silahlı Qüvvələr Günü münasibətilə bir qrup şəhid ailəsinin üzvləri şanlı Ordumuz tərəfindən işğaldan azad edilmiş ərazilərə səfər edib, burada keçirilən tədbirlərin qonağı olublar. Zəngilan rayonuna və Cəbrayıl şəhərinə səfər edən fəxri qonaqlar, əvvəlcə işğaldan azad olunmuş torpaqlara ilk köçün ünvanı - Ağalı kəndinə gəliblər.