Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şabranda yol qəzasında yaralananların kimliyi müəyyənləşib

28.06.2025 [19:03]

Xəbərin mətni

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şabranın Günəşli kəndi ərazisində iki yük və bir minik avtomobili toqquşub. Qəza nəticəsində avtomobillərdə olan 3 nəfər ağır xəsarətlər alıb.