Azərbaycan Dövlət İnformasiya Agentliyi

İdarə Heyətinin sədri: Təhsildə sosial iş xidməti çərçivəsində 945 ümumi təhsil müəssisəsinə səfərlər təşkil olunub

30.06.2025 [13:39]

Xəbərin mətni

Artıq 2 ildir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi (SXA) Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi ilə əməkdaşlıq çərçivəsində təhsildə sosial iş xidmətini də həyata keçirir. Bu xidmət çərçivəsində çətin həyat şəraitinə düşmə riski olan uşaqların aşkarlanması və onlarla sosial-psixoloji işin aparılması istiqamətində tədbirlər görülür. Bunu SXA-nın İdarə Heyətinin sədri Vüqar Behbudov agentliyin 5 illiyinə həsr olunan mətbuat konfransında deyib.