Vüqar Behbudov: Benefisiarlar orta ixtisas və ali təhsil müəssisələrinə qəbul olunmaq üçün müraciət ediblər
30.06.2025 [14:00]
Xəbərin mətni
Hazırda Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) müəssisələrində 2 min 242 şəxs dövlət qayğısı ilə əhatə olunur və sosial xidmətlərdən yararlanır. Onlardan 444 nəfəri uşaq evlərində yaşayanlardır. Bunu SXA-nın İdarə Heyətinin sədri Vüqar Behbudov agentliyin 5 illiyinə həsr olunan mətbuat konfransında deyib.