Azərbaycan Dövlət İnformasiya Agentliyi

DİN: “Sputnik Azərbaycan”ın qanunsuz maliyyələşmə əsasında fəaliyyətini davam etdirməsi ilə bağlı araşdırma başlayıb

30.06.2025 [18:57]

Xəbərin mətni

2025-ci ilin fevralında “Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialının (“Sputnik Azərbaycan”) akkreditasiyası dayandırılsa da, qanunsuz maliyyələşmə əsasında fəaliyyətini davam etdirməsinə dair daxil olmuş əməliyyat məlumatı əsasında Daxili İşlər Nazirliyi (DİN) araşdırmalara başlayıb. Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, iyunun 30-da filialın ofisində əməliyyat-axtarış tədbirləri keçirilib, saxlanılanlar var.