Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Vətəndaş, zəhmət olmasa, əlinizdəki əşyanı cihaza yerləşdirin...” Metro polislərinin bir günü - REPORTAJ

02.07.2025 [10:16]

Xəbərin mətni

Gündəlik həyatımızda kriminal elementlərlə qarşılaşmadığımız (yaxud nadir hallarda qarşılaşdığımız) üçün polisin fəaliyyətini qabarıq şəkildə görməyə bilərik. Lakin Azərbaycanın hər vətəndaşı bilir ki, hazırkı təhlükəsizlik mühiti həm də polisin gözəgörünməz və önləyici fəaliyyətinin nəticəsidir. AZƏRTAC-ın əməkdaşları 2 iyul – Azərbaycan Polisi Günü ərəfəsində “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin “Nizami” və “Elmlər Akademiyası” stansiyalarında metro polislərinin fəaliyyətini yaxından izləyiblər.