Azərbaycan Dövlət İnformasiya Agentliyi

Amina Mohammed: Oktyabrda BMT çərçivəsində qadınlarla bağlı forum keçiriləcək

02.07.2025 [12:25]

Xəbərin mətni

Laçında keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Qadınlar Forumu sadəcə görüş deyil, bu, bir dialoq, sizin tərəfinizdən verilən bəyanatdır. Ötən il Bakıda keçirilən COP29 qlobal səviyyədə irəli atılan bir addım idi. Həmin tədbirdə qeyd edildi ki, bizim trilyonlarla dollar vəsaitə ehtiyacımız var. Həmin vəsaitlər artıq müəyyən dərəcədə ayrılıb. Bu, həmçinin milli səviyyədə müəyyən olunmuş Töhfələr Sənədinin də dövlət tərəfindən hazırlanmasına və inklüziv yanaşmaya təkan verilməsinə şərait yaradıb. AZƏRTAC-ın Laçına ezam olunmuş müxbiri xəbər verir ki, bunu BMT Baş katibinin müavini, təşkilatın Dayanıqlı İnkişaf Qrupunun sədri Amina Mohammed ECO-nun Qadınlar Forumuna ünvanladığı videomüraciətdə deyib.