İstintaq İdarəsi: Səfərov qardaşlarının meyitlərinin müayinəsində sümüklərin yerdəyişmiş sınıqları, daxili orqanların zədələnməsi halları aşkarlanıb
02.07.2025 [12:30]
Hüseyn və Ziyəddin Səfərov qardaşlarının ölümü ilə bağlı müxtəlif xəstəliklər göstərilsə də, hər iki şəxsin dəfn edilməsi üçün Azərbaycana gətirilmiş nəşləri Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən müayinə aparılması üçün ekspertizaya təqdim olunub. Peşəkar həkim tibbi-ekspertlərinin, prokurorluğun vəzifəli şəxslərinin iştirakı ilə meyitlər müayinə edilib. Bunu Baş Prokurorluğun İstintaq İdarəsinin müstəntiqi Pərviz Cəlilov Azərbaycan vətəndaşlarının və azərbaycanəsilli şəxslərin Rusiya Federasiyasında işgəncəyə məruz qalmaları və xüsusi amansızlıqla qəsdən öldürülmələri ilə bağlı Baş Prokurorluqda keçirilən brifinqdə deyib.