Baş katibin müavini: ECO-nun qadınların texnologiya sahəsində inkişafı ilə bağlı planları hazırdır
02.07.2025 [12:54]
Xəbərin mətni
İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) gender bərabərliyinin təmin olunması istiqamətində mühüm addımlar atır. Təşkilat qadınların dəstəklənməsində çox israrlıdır. Biz BMT-nin çətiri altında regionda qadınlar üçün daha keyfiyyətli həyat təmin etmək niyyətindəyik. Bunu ECO-nun Baş katibinin müavini Silapberdi Nurberdiyev təşkilatın Qadınlar Forumunun açılış mərasimində deyib.