Azərbaycan Dövlət İnformasiya Agentliyi

Cəbrayıla qayıdış: yeni başlanğıclar...

02.07.2025 [13:24]

30 ildən artıq bir müddətdə Bakıda ağır şəraitdə yaşamış Cəbrayıl sakini, keçmiş məcburi köçkün Diriş Məmmədova ailəsi ilə birlikdə doğma torpağına - Cəbrayıla qayıdıb. Uzun illərin həsrəti, çəkilən əziyyətlər arxada qalıb. İndi isə ata-baba yurduna qovuşmanın, doğma ocağa geri dönməyin sevincini yaşayırlar. Zamanında ağrılı-acılı ayrılığın yerini bu gün sonsuz sevinclə dolu qayıdış hissi alıb. Bir zamanlar ayrıldıqları torpağa yenidən qovuşmaq əvəzsiz bir xoşbəxtlikdir.