Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ekspert: ECO-nun 17-ci Zirvə görüşü münasibətlərin inkişafı baxımından əhəmiyyətli platforma olacaq

03.07.2025 [15:42]

Xəbərin mətni

İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) Azərbaycan üçün strateji əhəmiyyətli qurumdur. Bu təşkilatın üzvlərinə baxanda görürük ki, Azərbaycanın bu ölkələrlə çox sıx əməkdaşlığı mövcuddur. Təşkilatın sıralarında yer alan Mərkəzi Asiya ölkələri, Türkiyə, Pakistan, Əfqanıstan və İran hər biri Azərbaycanla dost dövlətlərdir. Xüsusilə, Türk Dövlətləri Təşkilatının burada təmsil olunması və Azərbaycanın iki əhəmiyyətli strateji müttəfiqi olan Pakistanın və Türkiyənin burada əsas həlledici rola malik olması Azərbaycanın bu qurumda iştirakını zəruri edir. Bu sözləri AZƏRTAC-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib.