Respublika üzrə biçin prosesinin ən qısa müddətdə başa çatdırılması proqnozlaşdırılır
03.07.2025 [17:39]
Xəbərin mətni
Respublikanın ən iri taxılçılıq rayonlarından olan Şəkidə taxıl biçini davam edir. Adətən iyul ayının ilk on günlüyündə rayonda taxıl biçininə yekun vurulurdusa, bu il havaların qeyri-sabit keçməsi bunu bir qədər gecikdirib. AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, rayonun aran kəndlərində işlər yekunlaşmaq üzrə olsa da, dağətəyi yaşayış məntəqələrində biçin sürətlə davam edir.