Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rəvan Həsənov: Azərbaycanda hər bir xalqın mədəniyyəti, dili, ənənəsi, inancı qorunub saxlanılır

04.07.2025 [19:03]

Xəbərin mətni

Şəki həmişə müxtəlif mədəniyyətləri, inancları birləşdirən məkan olub. Şəki “İpək yolu” XIV Beynəlxalq Musiqi Festivalı çərçivəsində açılış konsertinin məhz Azərbaycanda yaşayan bütün xalqların musiqi, rəqs, folklor nümunələrinə həsr olunması çox əlamətdardır. Bu sözləri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İcraçı direktoru Rəvan Həsənov Şəkidə jurnalistlərə müsahibəsində deyib.