Aşura günü ilə əlaqədar Ağdam Cümə məscidində ilk dəfə olaraq qanvermə aksiyası keçirilib
05.07.2025 [14:50]
Xəbərin mətni
İyulun 5-də Aşura günü ilə əlaqədar ilk dəfə olaraq işğaldan azad olunmuş ərazilərdə qanvermə aksiyaları keçirilib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağdam Cümə məscidində təşkil olunan aksiyada rayon sakinləri, doğma yurda qayıtmış keçmiş məcburi köçkünlər, tikinti-quruculuq işlərində çalışanlar iştirak ediblər.